“Serblərin çörəkləri dizlərinin üstündədir”

Elxan Şahinoğlu: “Serbiyaya nə oldu? Biz Kosovonun müstəqilliyini tanımadıq”

"Serbiyaya nə oldu? Biz Kosovonun müstəqilliyini tanımadıq, Belqrad da Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı". Serbiya prezidentinin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu belə deyib. E.Şahinoğlu qeyd edib ki, vaxtilə rəsmi Bakı ağır maliyyə vəziyyətində olan Belqrada aşağı faizlə kreditlər ayırdı: "İndi isə İrəvana gedən Serbiya prezidenti görün nə deyir: "Serbiya Ermənistanla əlaqələri inkişaf etdirməyə çalışır və mən bunun üçün maksimum imkanlarımdan istifadə edəcəm". Çörəkləri dizlərinin üstündədir və ya əlimizin duzu yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00