Bu gün Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında növbəti il üçün Əməkdaşlıq Planının imzalanması gözlənilir

Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Bu haqda məlumatı AZADİNFORM-a Azərbaycan Müdafiə Nazirliyi verib.Bildirilib ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00