Bakıda İŞİD bayrağı qaldıranlarla bağlı araşdırmalar başladı
“Məhsul” stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmiş mitinqi keçirib
13 Oktyabr 2014 07:25 SiyasətBakının Yasamal rayonu "Məhsul" stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmiş mitinqi keçirib.ANS TV-nin məlumatına görə, polis içəri dəmir, metal əşyalar keçirilməməsi üçün insanlari xüsusi yoxlamadan keçirib. Azərbaycan və Avropa Birliyinin bayraqlarını qaldıran aksiyaçılar - "Siyasi məhbuslara azadlIq!", "Avropa ilə assosasiya müqaviləsi imzalasın" və s. şüarlar səsləndiriblər.Mitinqdə müxalifət liderlərinin çıxışından çox daha yadda qalan bir neçə aksiya iştirakçısının İŞİD terror qruplaşmasının bayrağını qaldırması olub.Yasamal Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, həmin şəxslər 3 nəfər olub, onlar saxlanılıb, hazırda araşdırma gedir