Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu
10 Oktyabr 2014 19:49 SiyasətMinskdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması haqqında müqavilə imzalanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müqaviləni Rusiya, Belarus, Qazaxıstan və Ermənistan prezidentləri imzalayıblar. Aİİ haqqında müqavilə bu ilin mayında Rusiya, Belarus və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmışdı. Müqavilə 2015-ci ildə qüvvəyə minməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00