MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2015-ci ilin payızında Astanada keçiriləcək

MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2015-ci ilin payızında Astanada keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə Şuranın növbəti iclasında bəyan edib. A.Lukaşenko qeyd edib: "Biz sədrliyin Qazaxıstana keçməsi və Dövlət Başçıları Şurasının növbəti iclasının 2015-ci ilin sentyabr-oktyabr aylarında Astanada keçirilməsi barədə razılığa gəldik". Dövlət başçısı deyib ki, dəqiq tarix hələ müəyyən olunmayıb: "Tarixi daha sonra dəqiqləşdirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00