“Siyasilərimizin kənar təsirlərə bu qədər bağlılığı…”

Mütəllim Rəhimli: “Nəticələri acınacaqlı olacaq”

"Rusiya Krımı ələ keçirdikdən sonra yaranmış situasiya ilə bağlı əksər Azərbaycan siyasətçilərinin obyektiv şərhlərini müşahidə etmək təəssüf ki, mümkün olmur. Hətta bəziləri daha irəli gedərək Rusiyanın tezliklə parçalanacağını iddia edir. Konkret zaman söyləyənlərə də rast gəlmək olur". Belə bir açıqlama ilə çıxış edən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a deyib ki, siyasilərimizin kənar təsirlərə bu qədər bağlılığı nəticəsində həqiqətləri gizlətməyə çalışmalarının nəticələri acınacaqlı olacaq: "Çünki ictimai fikir əsassız olaraq həqiqəti yalan, yalanı isə həqiqət kimi qəbul edəcək. Nəticədə dövlətin gələcəyi ilə bağlı bir sıra taleyüklü məsələlərdə cəmiyyətin düzgün qərarvermə imkanları minimuma enəcək. Bu isə narahatlıq doğurmaya bilməz". Mütəllim Rəhimlinin sözlərinə görə, belə tendensiya hətta ona gətirib çıxarar ki, ölkədaxili proseslər belə hansısa bağlılıq və maraqlar naminə milli mənafelərin əleyhinə olaraq şərh edilsin: "Qərbdən alınan qrantlar, nurçularla bağlılıq və s. faktlar da yuxarıda deyilənləri təsdiq edir. Ümummilli problemimiz olan Dağlıq Qarabağ məsələsinə yanaşmada vahid mövqenin nümayiş etdirilməməsi də görünür bununla bağlıdır. 20 ildən artıqdır ki, problemi həll etmək gücündə olmayan ATƏT-in vasitəçilik missiyasından imtina olunmaması, ictimai rəyə onun sırınması da müstəqil olmayan siyasilərin əməyinin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00