“Ukrayna Rusiya satqınları ilə doludur” - AÇIQLAMA
Elxan Şahinoğlu: “Beşinci kolon tam gücüylə işləyir”
15 Aprel 2014 14:29 SiyasətUkraynada səfərdə olan politoloq Elxan Şahinoğlu paytaxt Kiyevdə şahidlik etdiyi mənzərələr barədə danışıb. E.Şahinoğlu bildirir ki, Ukraynada ətraf satqınla doludur, Rusiyanın 5-ci kolonu bu ölkədə tam gücüylə işləyir. Politoloq qeyd edir ki, polis və təhlükəsizlik orqanları separatçılara təslim olur, Şərqin regional idarəediciləri Kiyevə deyil, Moskvaya itaət edirlər: "Gün ərzində yenə onlarla inzibati bina müqavimətsiz separatçıların əlinə keçib. Yəni rus kəşfiyyatı adamlarını illər öncə Ukraynada yerləşdirib, "X" günündə təlimatlarını veriblər". ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00