Novosibirsk Elmi Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib
15 Aprel 2014 14:06 SiyasətHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Novosibirsk Vilayət Dövlət Elmi Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, kitablar Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Qüdsi Osmanovun bu vilayətə səfəri zamanı təqdim olunub. Kitabxananın direktoru Svetlana Tarasova hədiyyəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, Azərbaycan mədəniyyəti, musiqisi və tarixi haqqında kitabların kitabxananın fondlarına qiymətli töhfə olduğunu vurğulayıb. Səfər çərçivəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından Rus-Azərbaycan Evinə də Azərbaycan haqqında kitablar və disklər hədiyyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00