“”Turan Ordusu” Rusiyanı niyyətlərindən çəkindirə bilər” - AÇIQLAMA
Üzeyir Cəfərov: “Prinsip etibarilə vaxt bu ideyanın tez reallaşmasını tələb edir”
15 Aprel 2014 12:56 Siyasət. Hərbi-ekspert Üzeyir Cəfərov Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan arasında yaradılan hərbi qurum ("Turan Ordusu", TAQM) barədə yayılan məlumatlara münasibət bildirib. Ü.Cəfərov hesab edir ki, ideya baş tutsa, TAQM çox ciddi bir qurum olacaq. Ekspert bildirdi ki, baş verən proseslərin fonunda belə bir qurumun yaradılması zərurətini ortaya qoyur: "Çünki söhbət Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustandan gedir. Monqolustanı çıxmaq şərtilə adı çəkilən digər ölkələrdə ciddi proseslər baş verib. Belə bir qurumun yaradılması isə çəkindirici faktor olacaq. Destabilizasiya ilə məşğul olan ölkələr belə bir qurumun olmasından çəkinəcəklər. Seperatçılıq meyllərini qızışdırmaq istəyən qüvvələr və digər təxribat addımı atmaq istəyən ölkələr TAQM-ın varlığından özləri üçün nəticə çıxaracaqlar. Prinsip etibarilə vaxt bu ideyanın tez reallaşmasını tələb edir". Üzeyir Cəfərov "Turan Ordusu"nun Rusiyanın imperiya niyyətlərinə təsirinə də toxunub. TAQM-ın Rusiya üçün də çəkindirici rol oynayacağını deyən Ü.Cəfərovun sözlərinə görə, qurum yaradılasa, Rusiya bu ölkələrlə bağlı niyyətindən geri çəkindirəcək. ("OLAYLAR İA")