Prezident Litvanın daxili işlər nazirini qəbul edib
14 Aprel 2014 18:47 SiyasətPrezident İlham Əliyev Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dailis Alfonsas Barakauskas ölkəsinin prezidenti Dalya Qribauskaytenin salamlarını dövlət başçısına çatdırandan sonra ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
İlham Əliyev ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd edib. Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.AzərTac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00