Yoxsul insan yaxşı valideyin ola bilərmi? - FİKİR
Sevinc Fətəliyeva: “Bəzi hallarda cinsi və ticari uşaq istismarına səbəbi ailələrin özləri yaradır ”
14 Aprel 2014 17:41 SiyasətHazırda dünyanı az qala cənginə alan uşaq yoxsulluğu qlobal problemlərdən hesab edilir. Baxmayaraq ki, dünyanın müxtəlif ölkələrində sözügedən problemin aradan qaldırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir, ancaq indiyə kimi bu məsələnin köklü həllinə nail olunmayıb. Elə kifayət qədər inkişaf etmiş hesab olunan ölkələrin özündə belə uşaq yoxsulluğu qara ləkə kimi müşahidə olunmaqdadır. Bəs, problemin həlli yolları mövcuddurmu? Millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, dünyada, dünyada xeyli sayda uşağın üzləşdiyi yoxsulluq probleminə insan hüquqlarının müxtəlif şəkildə pozulmasının əsas səbəbləri kimi toxunulmalıdır. Usaq yoxsullugu təkcə uşaqların inkisafı üçün bərabər imkanlarin müzakirəsi deyil, həm də tam sağ qalma, təməli resurslar məsələsidir və beləliklə təcili olaraq nəzərdən kecirilməlidir. Onun sözlərinə görə bir çox uşaq qida çatışmamazlığından, təmiz suyun, sağlamlığın, sığınacaq və təhsilin məhrumiyyətindən əziyyət çəkir, həmçinin, bəzi hallarda cinsi və ticari uşaq istismarına səbəbi bir çox ailələrin özləri yaradır: "Qeyd edim ki, uşaq yoxsulluğunun geniş istifadə olunmuş izahı Eurostat tərəfindən verilib və belə adlanır. "Yoxsulluğun irsi və ictimai təcridolunmanın gostəricisi". Eurostata görə, göstərici əhalinin bölgüsünü bu cür əks etdirir- insanların bərabərləsmiş birdəfəlik gəlirinin bölgüsü ilə müəyyən olunan, sosial köcurulmələrdən sonra milli, orta bərabərləsmiş bölünə bilən gəlirin 60 faizindən aşagı olan bölgü kimi təyin edilən yoxsulluq təhlükəsi altındadır. Usagın yaşadıgı ev səraitində asağıdakı 9 məhrumiyyət vahidindən azı 4- dən məcburi məhrum olunma kimi təyin edilən ciddi maddi məhrumiyyətlə üzləsir. Gözlənilməz xərclərə cəhd etmə bacarığı, evdən kənarda 1 həftəlik tətilin öhdəsindən gəlmək, kirayə haqlarını ödəmək, kommunal xərcləri ödəmək, yeməyi ətlə hazırlamaq, hər 2 gündən bir balıq və ya toyuq, evi kifayət qədər isti saxlamaq, paltar yuyan maşının olması, rəngli tv-nin olması, telefondan istifadə etmək və səxsi avtomobilə sahib olmaq. Həmçinin, cox aşağı is gərginliyi olan ailələrdə yaşamaq 20 faizə bərabər və ya ondan aşağı. Bu 3 kriteriyanın qəbulu Avropa İtttifaqının kontekstində mühüm hesab olunur və göstərilir ki, nisbi yoxsulluğun norması həmişə bizə 1 ölkədəki yoxsulluq səviyyəsinin düzgün təsvirini vermir". Bəs risk qrupuna daxil olan uşaqlar kimdir? S. Fətəliyeva qeyd edib ki, yoxsulluq və ya sosial təcridolunma ilə bağlı risk qrupuna daxil olan əsas uşaq qrupları bunlardır: "Tək valideynli ailələrdəki uşaqlar, böyük ailələrdəki uşaqlar, işsiz və az gəlirli valideynlərin uşaqları, immiqrant və milli azlıq ailələrindəki uşaqlar və qüsurlu uşaqlar. Buna baxmayaraq, Böyük Britaniyaya dair yuxarıda çəkilmiş misal göstərir ki, yoxsul uşaqlara təkcə "parçalanmış ailələr"də rast gəlinmir, həmçinin yoxsul uşaqların əksəriyyəti ev işlərinə cəlb olunmuş şəraitdə yaşayıb və tək valideynliyi dəstəkləmək məsələsində bəzi ölkələr digərlərindən daha çox uğur qazanıb. Ona görə də bu sahədə stereotiplərdən və ümumiləşdirmələrdən qaçılmalıdır, baxmayaraq ki, uşaqların ehtiyaclarının ödənilməsinə gəldikdə işsizlik və ailənin gəlirinin məbləği və səviyyəsi mütləq olaraq həlledici amillərdir".
Deputatının qeyd etdiyinə görə, uşaqlar arasında yoxsulluq məsələsi müxtəlif Avropa ölkələrində dərindən araşdırılıb və bir çox ölkələrdən davamlı olaraq çətin və əlverişsiz şəraitdə yaşayan uşaqlara dair hesabatlar alınmaqdadır:
"Bütün Avropadan əldə edilmiş bu azsaylı misallar onu göstərir ki, ailələrin gəlirlərinin təhlükə altına düşdüyü və imtiyazlarının ixtisara salındığı indiki iqtisadi və maliyyə fonunda yoxsulluq içərisində yaşayan uşaqlar üçün təcili yardıma ehtiyac var və ən zəngin iqtisadiyyatlı Avropa ölkələrində də yoxsul uşaqlara rast gəlindiyini nəzərə alsaq, heç bir Avropa ölkəsi burada istisna ola bilməz. Müxtəlif qüvvələr, o cümlədən hökumətlər, özəl sector, QHT-lər və fərdi volontyorlar ehtiyac içərisində olan uşaqlar üçün tutarlı nəticələr əldə edilməsi üçün bir araya gəlməlidir".
Belə halda uşaqlar arasında "yoxsulluq dövriyyəsi"nə gətirib çıxaran yoxsulluğun nəticələri nədir? Milli Məclisin deputatı qeyd edib ki, yoxsulluq uşaqların özünəinamına və özünüqiymətləndirməsinə, onların başqaları ilə münasibətlərinə təsir göstərir: "Yoxsul olan uşaqların sağlamlığı zəif olur, onlar daha aşağı səviyyəli təhsil alır və buna görə də işlə təmin olunma qabiliyyəti məhdud olur və sosial həyata daha zəif inteqrasiya olunurlar. Yoxsulluğun uşaqların rifahına təsir etməsinin beş əsas yolu var. Buraya sağlamlıq və qidalanma, valideynlərin psixi sağlamlığı, valideynin uşaqla qarşılıqlı münasibəti, evdəki və ətraf aləmdəki mühit.
Zəif qidalanma sinir-əqli funksiyalarına təsir göstərir. Yoxsul uşaqların doğularkən çəkisi, adətən, aşağı olur və bu, ləngiyən inkişafla müşayiət edilə bilər. Bunun həmçinin uşaqların əqli inkişafına da təsir göstərə bilər. Araşdırmalara görə, artıq iki yaşına çatdıqda yoxsulluq içərisində yaşayan uşaqlarla belə vəziyyətdə olmayanlar arasında nəzərəçarpacaq dərəcədə əqli fərqlər var və bu, illər keçdikcə daha da çox nəzərə çarpır və artır. Sınaqlar göstərir ki, əlverişli şəraitdə olan uşaqların əqli qabiliyyətləri əlverişsiz şəraitdə yaşayanlarınkından 60% daha yüksəkdir. Tərbiyə verən valideynlər evdəki emosional iqlimdə və uşaqların rifah hissində əhəmiyyətli rol oynayırlar. Valideynlik keyfiyyətinin uşaqlara birbaşa təsiri var və eləcə də, onların məktəbdə nailiyyətlərinə, öz yoldaşları ilə yola getmələrinə və özünəinam hissinə təsir göstərir. Yoxsulluq içərisində yaşayan bəzi valideynlər gərgin, depressiyaya düşmüş və təlaşlı olmağa meylli olurlar. Bu, valideyn olma davranışını poza bilər, onlar daha kobud və daha az dözümlü ola bilər və uşaqların ehtiyacı olduğu arzuolunan mülayimlik və birlik hissi yox ola bilər, baxmayaraq ki, bu cür hallar, əlbəttə, digər sosial təbəqələrdə müşahidə edilə bilər. Buna baxmayaraq, bu, belə bir stereotipə gətirib çıxarmamalıdır ki, yoxsul valideynlər, adətən, "yaxşı valideynlər" ola bilməzlər. Yoxsulluq içərisində yaşayan uşaqlar üçün nəticələrdən biri də odur ki, onların əksəriyyəti orta təhsil almadan məktəbi tərk edir. Gənclər arasında işsizlik orta hesabla yoxsulluğun cənginə keçən uşaqlar arasında işsizlik səviyyəsindən iki dəfə çoxdur. Məhz bu qorxunc dövriyyə səbəbindəndir ki, nəsillərarası yoxsulluq dövriyyəsi bir nəsildən digərinə ötürülür".