Ukraynadakı azərbaycanlı gənclər təşkilatlandılar
14 Aprel 2014 17:23 SiyasətUkrayna Milli Aviyasiya Universitetində Yeni Nəfəs Hərəkatının Ukrayna nümayəndəliyinin növbəti toplantısı keçirilib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, . Yeni Nəfəs Hərəkatının ukraynalı lideri Vladislav Obarenko çıxışında Ukraynada mövcud vəziyyəti nəzərə alaraq Ukraynaya dəstək üçün milli vəvətənpərvərlik ruhunda tədbirlərin keçirilməsi ideyası ilə çıxış edib. Nümayəndəliyin icraçı direktoru İsgəndər Zamanovun Ukraynada fəaliyyət göstərən digər diaspor təşkilatları və səfirlikilə birgə Ukrayna unversitetlərində Azərbaycan - Ukrayna mədəniyyət mərkəzlərinin yaradılması ideyası, toplantı iştirakçıları tərəfindən bəyənilib və bu istiqamətdə işlərə başlamaq üçün qərar qəbul olunub. Eyni zamanda Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyi və Ukraynada fəaliyyət göstərən digər təşkilatların iştrakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümündə universitetlərarası fudzal turnirinin keçirilməsi qərara alınıb. Sonda təşkilatın digər liderləri Ali Kavlak, Səfərəli Babayev, Mürvət İsmayılov da çıxış edərək qarşıda duran fəaliyyətlər barədə təkliflərini irəli sürüblər.