Fikrət Məmmədov Abşeronda qəbul keçirəcək
14 Aprel 2014 14:21 SiyasətƏdliyyə naziri Fikrət Məmmədov tərəfindən aprelin 17-də Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyindən verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul saat 11:00-da Abşeron rayon Mədəniyyət Evində (ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 247) keçiriləcək. Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonları: (01865) 4-50-91; (01865) 5-18-42; (01865) 5-57-45), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.