Bir neçə saatdan sonra BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə görüşə toplaşacaq
14 Aprel 2014 10:59 SiyasətBMT Təhlükəsizlik Şurası Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsinə keçən gecə toplaşacaq. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatındakı mənbə məlumat verib."Görüş bu gün saat 20:00 (04:00 Moskva vaxtilə) baş tutacaq ", - mənbə bildirib.Rusiya XİN-i bundan öncə bildirib ki, "Rusiya tərəfi Ukraynanın cənub-şərqindəki böhranlı vəziyyəti təcili baxılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qarşısına çıxarır ".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00