Elnur Aslanovun əvvəlki postuna yeni müdir təyin edildi

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib.

Prezident Səadət Yusifovanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilsin".

Xatırladaq ki, bu postu Elnur Aslanov tuturdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00