VHP Siyasi Şurası toplandı
11 Aprel 2014 18:22 SiyasətVətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Siyasi Şurasının iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və geopolitik durum, partiyanın rayon təşkilatlarının konfranslarının keçirilməsi və bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandakı infrstruktur layihələri zamanı sakinləri narazı salma ənənəsinin durmadan genişlənməsi, müxalifət düşərgəsindəki durum, həmçinin Ukrayna ətrafında başlayan hadisələrin dünya düzəminə təsiri barədə danışıb. Sonda Siyasi Şura may ayının 11-də partiyanın Ali Məclisinin Ümumrespublika konfransının keçirilməsi haqda qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00