Azərbaycana qarşı çıxarılan qərarların sayı azalıb
11 Aprel 2014 18:07 Siyasət2013-cü ildə Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların sayı azalaraq 8 qərar təşkil edib. Halbuki, konvensiyanın tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Macarsıtana qarşı 40, Yunanıstana qarşı isə 32 qərar çıxarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarıstana, Moldovaya, Slovakiyaya qarşı çıxarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoxdur.
Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çox aşağıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00