AXCP-“Real” gərginliyi sərtləşir

“Əslində bu bir faciədir”

 "Real" Hərəkatının icra katibi Natiq Cəfərli qurumun idarə heyətinin üzvü Altay Göyüşovla AXCP funskionerləri arasında baş verən gərginliyə münasibət bildirib. Altay Göyüşovun müxalifətin qətiyyətsizliyi haqda sosial şəbəkələrdə statusunu diqqətə çatdıran N.Cəfərli qeyd edib ki,cəbhəçilər bundan sonra "Real" funksionerinə hücuma keçiblər: "Altay bəyin fikirlərini tənqid etmək olar, əks arqumentlər gətirmək də olar, mümkündür. Sadəcə arqumentsiz, say və səs-küy hesabına hücuma keçmək, dostlarımızın demokratiya, azad söz, diskussiya haqqındakı təsəvvürlərinin yanlış olduğunu göstərir. Əslində bu bir faciədir". Natiq Cəfərli cəbhəçiləri diskussiyalara açıq, insanlara nümunə olmağa çağırıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00