“Qondarma “erməni soyqırımı”-nı Senatın Alt Komitəsi qəbul edib” - ŞOK

Elxan Şahinoğlu: “Amerikanın bu addımı Azərbaycan və Türkiyəni narazı sala bilər”

 "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"-na dair qəbul etdiyi qətnamə layihəsinə münasibət bildirib. E.Şahinoğluda olan məlumata görə, qanun layihəsi Xarici Əlaqələr Komitəsi yox, Senatın Alt Komitəsi tərəfindən qəbul edilib. Politoloq qeyd etdi ki, Konqres və Ağ Ev özünə hörmət edirsə, sənədin rəsmi şəkildə qəbul edilməsinə icazə verməməlidir. Dünyada siyasi proseslərin qarışdığı bir məqamda Azərbaycan və Türkiyəni arxadan vurmasını ABŞ-a yaraşmadığını deyən Elxan Şahinoğlunun sözlərinə görə, Amerikanın bu addımı Azərbaycan və Türkiyəni narazı sala bilər: "Bu vəziyyət Rusiyanın maraqlarına uyğundur. Lakin sənədin müəyyən mərhələdə dayandırılması daha inandırıcıdır. Regionda Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanın çəkisinin daha ağır olduğunu Vaşinqton başa düşür. Azərbaycanın iştirakı olmadan bölgədə beynəlxalq enerji layihələrinin həyata keçirilməsi də mümkün deyil. Sadəcə Konqresdə oturan bəzi ermənipərəstlər onların yanında yaxşı olmaq üçün dövlət maraqlarını nəzərə almadan belə bir addım atırlar. Məhz sonda ABŞ-ın dövlət maraqlarını nəzərə alan rəsmilər sənədin keçməsinə icazə verməyəcəklər". ("OLAYLAR İA") 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00