“Ukraynaya qarşı çıxmaq Azərbaycan dövlətçiliyinə qarşı olmaqdır”
Daşqın Gülməmmədov: “Ölkədə bəzi media qurumları Ukrayna ilə əlaqədar dezinformasiyalar yayırlar”
11 Aprel 2014 12:44 Siyasət"Azərbaycanda bəzi sayt və digər informasiya resursları öz iradələrindən asılı olmayaraq Ukrayna ilə bağlı dezinformasiya yayırlar" - Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov belə deyib. D.Gülməmmədov bunu iki səbəblə əlaqələndirib: "Birincisi, Azərbaycandakı bəzi media orqanları Rusiya mətbuatında gedən informasiyaları eksklüzivlik xatirinə sadəcə tərcümə edib dərc edirlər. İkincisi isə bəzi mətbu orqanlar çox güman ki, qeyri-iradi olaraq Rusiyanın xüsusi xidmət orqanlarının Ukraynaya qarşı apardığı informasiya müharibəsinin seqmentləri kimi çıxış edirlər. Bu məsələdə diqqətli olmaq lazımdır. Çünki Ukraynaya qarşı çıxmaq əslində Azərbaycan dövlətçiliyinə qarşı çıxmaqdır". ("OLAYLAR İA")