Daha bir erməni yalanı
11 Aprel 2014 12:30 SiyasətErmənilər daha bir yalana əl atıb. Niderlandda fəaliyyət göstərən "Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimlinin verdiyi xəbərə görə, Kim Kardaşyan adlı erməni sənətçisi öz Twitter səhifəsində Suriyanın Kasab şəhərində yaşayan ermənilərə qarşı soyqırım həyata keçirildiyini iddia edib. Bildirib ki, guya Suriyada xristianlar, xüsusilə də ermənilər qətlə yetirilir. Hətta Kardaşyan bir qədər də irəli gedərək ermənilərə belə aidiyyatı olmayan meyitlərin şəklini paylaşıb. "OLAYLAR"-ın Elxan Mirhəşimliyə istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı Suriyanın Kasab şəhərində ermənilərə qarşı heç bir soyqırımın həyata keçirilmədiyi üzə çıxıb. Kim Kardaşyanın qətlə yetirilən ermənilər adı altında paylaşdığı şəkillərin isə filmlərdən götürüldüyü məlum olub.