Fransalı nümayəndələrə torpaqlarımızın işğalı barədə məlumat verilib

 Fransanın Təhlükəsizlik və Ədliyyə Milli Ali Elmlər İnstitutunun Milli Auditorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasında olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, nümayəndə heyəti DSX Akademiyasının fəaliyyəti, peşəkar sərhədçilərin hazırlanması üçün ən müasir tələblərə uyğun yaradılan imkanları ilə tanış edilib.Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sisteminə dair keçirilmiş təqdimat zamanı dövlət sərhədlərində əməliyyat şəraiti, mövcud təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin işğal altında qalması, zəbt olunmuş ərazilərdə transsərhəd cinayətkar fəaliyyətlər üçün əlverişli şərait yaradılması barəsində ətraflı məlumat verilib. Həmçinin, Dövlət Sərhəd Xidmətinin yaradılması, vəzifə və tapşırıqları, sərhəd mühafizəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üzrə görülmüş işlərdən bəhs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00