AMİP lideri İspaniyanın baş naziri ilə görüşəcək
10 Aprel 2014 17:43 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının İspaniyanın paytaxtı Madriddə keçirilən İcraçı toplantısında iştirak edir. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, proqrama BDİ-nin Daimi Beynəlxalq Əlaqələr Komitəsinin toplantısı, təşkilat daxili hesabatlar və məlumatlar, yeni üzvülüyə namizəd partiyaların təqdimatı, həmçinin, Latın Amerikasında keçirilən seçkilər və siyasi vəziyyət, Ukraynada baş verən hadisələr daxildir. İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən İcraçı Toplantının gedişində İspaniyanın Baş naziri Mariano Rajoy ilə də görüş planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00