Azərbaycan tərəfə keçən erməni ölkəsinə qaytarılıb
10 Aprel 2014 16:44 SiyasətBir ay əvvəl qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynovanın verdiyi məlumata görə, Ermənistanın Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991-ci il təvəllüdlü Xocayan Arsen Ananyeviç ölkəsinə təhvil verilib.
Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00