“Cənubi Koreyadakı hərbi təlimlər Rusiyaya qarşı yönəlib” - FİKİR
Elçin Mirzəbəyli: “Təlimlər Moskva tərəfindən Ukraynada siyasi vəziyyətin qarışdırılması ərəfəsinə təsadüf edir”
10 Aprel 2014 15:55 SiyasətBAXCP sədrinin müavini Elçin Mirzəbəyli ABŞ, Yaponiya və Cənubi Koreya arasında baş tutacaq hərbi təlimlərin Rusiyaya yönəlik addım olması barədə yayılan iddialara aydınlıq gətirib. E.Mirzəbəyli hesab edir ki, Cənubi Koreyada keçiriləcək hərbi təlimlər konkret olaraq Rusiyaya yönəlməsə də Moskvanın apardığı işğalçılıq siyasətinin qarşılığında atılan addımdır. Yaponiya və Cənubi Koreyanı siyasət arenasında ABŞ-ın əsas müttəfiqləri adlandıran BAXCP rəsmisinin sözlərinə görə, hər iki ölkədə Amerikanın kifayət qədər hərbi bazaları var. "Həmin ölkələrin birgə iştirakı ilə hərbi təlimlər vaxtaşırı keçirilir. Amma bu dəfəki təlimlərin Moskva tərəfindən Ukraynada siyasi vəziyyətin qarışırılması ərəfəsinə təsadüf etməsi, bilavasitə Rusiya təhlükəsilə bağlıdır" - deyə Elçin Mirzəbəyli bildirib. ("OLAYLAR İA")