Qazaxıstanın yeni müdafiə naziri Azərbaycana səfər edəcək
10 Aprel 2014 14:40 SiyasətQazaxıstanın yeni müdafiə naziri Serik Axmetov aprelin 21-22-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə cümə axşamı Trend-ə Qazaxıstanın Bakıdakı səfirliyindən bildiriblər.
Bu, Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq.
Serik Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00