Pakistan mediası Azərbaycandakı tolerantlıqdan yazıb
10 Aprel 2014 14:20 SiyasətDiaspor Jurnalistləri Birliyi xarici KİV-lərdə Azərbaycan həqiqətlərinin təbliği işini davam etdirir. "OLAYLAR"ın məlumatına görə, DJB təmsilçiləri Fuad Hüseynzdə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə "Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı" adlı növbəti məqalə Pakistanın dövlət qəzeti "Daily Parliament Times"da nəşr olunub. Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir: "Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə, heyrətləniblər. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb. Bunun bariz nümunəsi 2002 ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar". Bildirilir ki, bu gün Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələri də qorunur: "Bakıda olan "Qriqori Lusavoriç" erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Ermənilər abidlərimizə vandalizm siayasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur".