Millət vəkili AŞ PA-dan səsləndi

Sevinc Fətəliyeva: “Azərbaycan müxtəlif etnik-dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş bir ölkədir”

"Milli azlıqların taleyi tamamilə ölkənin xoş məramından və demokratiyanın dərəcəsindən aslıdır. Bu açıq faktdır ki, xeyli azlıqlar irqi ayrı-seçkilikdən əziyyət çəkir". Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında "Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları" mövzusunda müzakirələr zamanı çıxışında dilə gətirib. Onun dediyinə görə, eynilik-şəxsi mədəniyyət və din hüququ doğma hesab olunmalıdır: "Heç bir dövlət oz vətəndaşını danmır, onun dinini və təhsilini numayiş etdirir, həmçinin, mədəniyyətini zənginləşdirir. Etnik azlıqlar üçün olan huquqları nə təmin edir? Hüquqlar əğər təmin olunarsa, yəni, birincisi, etnik qrup parlamentdə təmsil olunsa, ikincisi, dövlət bütun etnik azlıqların, dini azadlıqlarını təmin etsə, üçüncüsü, azlıqların mədəni irsinə hörmət olunsa. Biz fəxr edirik ki, bunların hamısı Azərbaycanda təmin olur. Azərbaycan müxtəlif etnik-dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş çoxmillətli və çox dinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.Milli azlıqların cəmiyyətin həyatında, eləcə də, ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadıqları ərazilərdə yerli əhalinin nümayəndələri, yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər parlament və dövlət qurumlarında təmsil olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00