Ukraynada Azərbaycanla bağlı xüsusi jurnal çap edilib
9 Aprel 2014 17:21 SiyasətUkraynada hər il ənənəvi olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq yarışlar barədə xüsusi jurnal nəşr olunub. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, buraxılışına Ukraynanın Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası dəstək verib. Jurnala Azərbaycanın Ukraynadakı Səfiri Eynulla Mədətli ön söz yazıb. Qeyd edək ki, hər il keçirilən beynəlxalq yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Moldova, Rusiya, Rumıniya, Özbəkistan və digər ölkələrdən olan yeniyetmə sərbəst güləşçilər iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00