Şimallı Hollandiya Azərbaycanlılar İttifaqı təsis edilir
9 Aprel 2014 13:58 SiyasətBenilüks Azərbaycanlılar Konqresi Niderland Krallığına daxil olan 12 əyalətdə soydaşlarımızın təşkilatlanması prosesini davam etdirir. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, aprel ayının 13-də təşkilat yeni yaradılmış Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimallı Hollandiya Azərbaycanlılar İttifaqının təntənəli şəkildə təqdimat mərasimini keçiriləcək. Yeni təşkilatın prezentasiyası ölkənin iri sənaye şəhəri olan Rotterdamda baş tutacaq. Təqdimat mərasiminə Benilüks məkanında fəaliyyət göstərən Azərbaycan, türk və digər xalqların diaspor təşkilatlarının nümayəndələri, diplomatlar, rəsmilər və media dəvət olunub. Təqdimat mərasiminə Azərbaycanın incəsənət ustaları, o cümlədən xalq artisti Flora Kərimova da qatılacaq.