Deputatlarımız QDİƏT PA-nın tədbirinə qatılacaqlar

Aprelin 9-u və 10-da Türkiyənin Antalya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 42-ci iclası keçiriləcək. By barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbirdə millət vəkilləri Asəf Hacıyev və Jalə Əliyeva iştirak edəcəklər. İclasda "Qara dəniz regionunda gənclər arasında işsizlik və məşğulluq siyasəti: gənc nəslin imkanlarının genişləndirilməsinin vacibliyi" mövzusunda məruzə dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq. Deputatlarımız tədbirdə çıxış edəcək, məsələ barədə fikirlərini bölüşəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00