Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov cəbhədədir
9 Aprel 2014 12:06 SiyasətAzərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsindədir.
Bu barədəMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş Qərargah rəisinin səfərinin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00