“Hər bir azərbaycanlı Ukraynadakı zorakılığı ittiham etməlidir” - AÇIQLAMA
Nurəddin Məmmədli: “Demokratikləşmə tarixi zərurətdir, Putinin Rusiyası da bu yoldan keçəcək”
8 Aprel 2014 14:53 SiyasətAXCP sədrinin müavini Ukraynanın Şərqində baş verən gərgin proseslərə münasibət bildirib. N.Məmmədli qeyd edib ki, Rusiya Krımın işğalını unutdurmaq üçün, Ukraynanın digər vilayətlərinin də analoji aqibəti yaşayacağının anonsunu verir. N.Məmmədli hesab edir ki, məsələyə normal məntiqlə yanaşsaq, ərazilərin bölünməzliyinə dair beynəlxalq hüququn mövcudluğu, ən başlıcası Azərbaycan ərazisinin işğal olunduğunu nəzərə alsaq, hər bir azərbaycanlı bu zorakılığı ittiham etməlidir. Demokratikləşmənin tarixi zərurət olduğunu deyən N.Məmmədli Putin Rusiyasının da bu yoldan keçəcəyini qeyd edir. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00