İordaniya senatı Azərbaycana gələcək
8 Aprel 2014 14:52 Siyasətİordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. Diasporla Iş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Senatın sədri ilə Əmmanda keçirilmiş görüşü zamanı əldə olunub. Abdur-Rauf Ravabdeh Forumda iştirak üçün dəvətdən məmnun olduğunu və bu fürsətdən istifadə edərək dost Azərbaycana səfər edəcəyini bildirib. Görüşdə Azərbaycan ilə İordaniya Krallığı arasındakı tarixi dostluq münasibətlərinin mövcudluğu xüsusi vurğulanıb və İordaniya Senatında Xocalı soyqırımının qəbul olunmasının böyük əhəmiyyət daşıdığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00