Minsk qrupunun fəaliyyəti qaneedici deyil
8 Aprel 2014 13:39 Siyasət"Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etməsi də müsbət qarşılayırıq: "Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu sülh prosesinin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına təsir göstərməlidir. Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır".