İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib
4 Aprel 2014 19:24 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00