Millət vəkili: “Biz, burda işləməyən qanunları müzakirə edirik”
4 Aprel 2014 17:52 Siyasət"Biz, burda işləməyən qanunları müzakirə edirik". Bunu deputat Aytən Mustafayeva Milli Məclisin iclasında icbari tibbi sığorta qanun layihəsinə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, tibbi sığorta haqqında qanun var, amma bu, işləmir: "Tibbi sığorta məsələsinin olmaması bizim bəlamızdır. Bu sığorta yoxdur, deməli pasiyentlərin hüququndan danışa bilmərik. Ölkədə ən prioritet məsələ insan hüquqlarının qorunmasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00