Bahar Muradova Zahid Orucun təklifinə etiraz etdi
4 Aprel 2014 16:23 SiyasətMilli Məclisdin bugünkü plenar iclasında deputat Zahid Oruc Prezidentə müraciət edərək fərdi evlərin əhatəsindəki hasarların sökülməsini təklif edib. Milli Məclisin vitse-spikeri Bahar Muradova hasarların sökülməsi ilə bağlı təklifə etiraz edib: "Zahid Oruc hər zaman orijinal təkliflər verən millət vəkilidir. Mən bunu çox müsbət qiymətləndirirəm. Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi, hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyatyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00