Fəzail Ağamalı: “20 yanvar əlillərinə xüsusi status verilsin”

Milli Məclisin aprelin 4-də keçirilən iclasında deputat Fəzail Ağamalı 20 Yanvar əlillərinə xüsusi status verilməsi ilə bağlı fikirlər səsləndirib. Millət vəkili bildirib ki, bu kateqoriyadan olan insanların statusu olmadığından, güzəştlər, sosialyönlü imtiyazlar verilmir. Halbuki 1998-ci ildən Heydər Əliyevin imzaladığı sərəncamda "20 yanvar şəhidi" fəxri adı təsis olunmuşdu: "Daha sonra ölkə prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə 20 yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdünün təsis olunması haqda fərman imzalanıb. Hər bir 20 yanvar şəhidi ailəsi hər ay 300 manat pensiya ilə təmin olunur. Lakin məndən xahiş edirlər ki, 20 yanvar şəhidləri ilə bağlı xüsusi status müəyyən edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00