İlyas İsmayılov parlamentə təkrar seçkilərin keçirilməsini tələb edib

Millət vəkli, Ədalət Partiyasının sədri İlyas İsmayılov Milli Məclisin iclasında boş qalmış seçki dairələri üzrə təkrar seçki keçirilməsini istəyib. "Olaylar" xəbər verir ki, İ.İsmayılov belə seçki dairələrinin sayının 3 olduğunu xatırladıb. O, bildirib ki, Zaqatalanın deputatı Hikmət Atayev ötən il yol qəzasında dünyasını dəyişib, Xətaidən deputat seçilmiş Gülər Əhmədova məlum hadisələrdən sonra mandatından imtina edib, YAP-ın icra katibi Əli Əhmədov isə baş nazirin müavini təyin olunub. İ.İsmayılov onların yerinə təkrar seçki keçirilməməsinin Konstitusiya və Seçki Məcəlləsinə zidd olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00