Ərdoğanın səfərinin vacib səbəbləri var - ŞƏRH
4 Aprel 2014 15:13 Siyasət"Türkiyənin baş nazirinin gərgin keçən seçkilərdən sonra Bakıya ilk səfər etməsi təsadüfi sayıla bilməz". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasinin üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, Ərdoğanın Azərbaycana gəlməsinin daha ciddi və daha vacib səbəbləri var: "Bildiyiniz kimi Ukraynada baş verən hadisələr Krımın işğalı dünya düzənini kökündən dəyişdi. Regional oyunçu kimi Türkiyənin də, enerji təhlükəsizliyi baxımından Avropanın vacib tərəfdaşı olan Azərbaycan üzərinə xeyli məsuliyyət, vəzifələr düşdü. Hesab edirəm ki, bu səfərdə də əsas müzakrə olunacaq məsələlər məhz dediyimiz əsnada olacaq. Avropanın və ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyaların təsirli olması və əks effekt verməməsi baxımından Azərbaycan həlledici ölkə sayıla bilər: Bunun üçünsə ilk növbədə Azərbaycanın özünü qorumaq lazımdır. Hesab edirəm ki, Ərdoğanın səfərinin mahiyyəti də budur".