Etibar Hüseynov üzr istədi
İşlətdiyim ifadələrə görə üzr istəyirəm”
4 Aprel 2014 14:57 Siyasət"Artıq bir neçə gündür ki, mən heç bir mətbuat orqanına açıqlama vermirəm. Mənim bir proqramda çıxışımdan 3 dəqiqəlik bir hissəni kəsib sosial şəbəkələrdə və bəzi internet saytlarında yayımlanıb. Guya mən həmin hissədə demişəm ki, qaçqınlar kimdir, gedin Suriyada vuruşmağı öyrənin, Qarabağ nəyimizə lazımdır. Bunlar şəxsimə qarşı yönəlmiş qara piyarın bir hissəsidir". Bu sözləri millət vəkili Etibat Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Deputat daha sonra proqramda işlətdiyi ifadələrə görə üzr istəyib: "Gərək mən sözügedən proqramda daha ehtiyatlı şəkildə danışaydım . Əgər proqramdan kəsilən 3 dəqiqəlik hissədə kiminsə xətrinə dəyəcək ifadələr işlətmişəmsə həmin şəxslərdən işlətdiyim ifadələrə görə üzr istəyirəm. Bir insanın səhvi varsa üzr istəmək heç də kiçiklik əlaməti deyil". Spiker Oktay Əsədov bildirib ki, parlamentin intizam komitəsində bu məsələyə baxılıb. E.Hüseynov öz səhvini etiraf edib. Odur ki, bu məsələni şişirtməyə ehtiyac yoxdur.