Demokratik qüvvələr birliyi toplanacaq
3 Aprel 2014 16:04 SiyasətYaxın günlərdə Demokratik Qüvvələr Birliyinin Sədrlər Şurasının toplantısı keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr katibi Elşən Mustafayev verib. Bildirib ki, toplantıda DQB-nin qarşısında duran vəzifələr, birliyin bundan sonrakı fəaliyyəti və ölkədəki mövcud ictimai-siyasi vəziyyət barədə müzakirələr aparılacaq: "Sədrlər Şurasının iclasında bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkiləri və həmin seçkilərdə hansı formada iştirak məsələsi ətrafında da fikir mübadiləsi aparıla bilər. Hələlik isə seçkilərlə bağlı hansısa bir fikir yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00