“Qarabağ” bloku Ukrayna hadisələrini müzakirə etdi
2 Aprel 2014 17:18 Siyasət"Qarabağ" Blokunun növbəti iclası keçirilib. Blokdan "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri eyni zamanda Krım tatarlarının öz müqəddəratını təyin etmək baradə iradə nümayiş etdirərək Krımın Tatar Muxtar vilayət kimi tanınması istiqamətində qəbul etdiyi qərarı müsbət dəyərləndirib və dünya dövlətlərini Krım tatarlarının milli iradəsin hörmətlə yanaşmağa və bu qərarın gerçəkləşməsi istiqamətində təsirli tədbirlər görməyə çağırıb. Blok üzvləri Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə münasibət bildirib, bu seçkilərin əsasən demokratik, qanuni keçirilməsini qeyd edib və Türkiyə xalqının milli iradəsini təmsil etmə baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.