Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Çexiya və Slovakiyada görüşlər keçirilib
2 Aprel 2014 14:58 SiyasətGənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Çexiya və Slovakiya dövlətlərində səfərdə olub. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, səfər çərçivəsində Şərq Tərəfdaşlıq Proqramı ölkələrinin gənclər siyasəti ilə məşğul olan ictimai və dövlət sektorlarının nümayəndələri ilə müzakirələr aparılıb, Çexiya dövlətinin Gənclər Milli Şurası, Təhsil, Gənclər və İdman Nazırliyi və Gənclər məsələləri üzrə Milli Tədqiqat İnstitutunda görüşlər keçirilib. Şahin Seyidzadə Slovakiya Gənclər Şurası və Gənclər İnstututunun nümayəndələri, Təhsil, Elmi araşdırma və İdman nazırləri ilə görüşlərdə olmuş, Slovakiya Gənclər siyasəti üzrə 2014-2020-ci illərin inkişaf strategiyasının müzakirəsində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00