Daha bir həmkarı Etibar Hüseynovu qınadı

"Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm. Parlament üzvü bu cür çıxışlar etməməlidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri facebook statusunda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib. Deputat bildirib ki, qaçqınlar haqqında dediyi epitetlərə ( "ac-yalavac", "təhsiliz", "mədəniyyət görmədilər" və s.) öz qəti etirazımı bildirir: "Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir. Bakı bütün Azərbaycan xalqının şəhəridir. Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, onun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olub. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir. Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00