“Ankaradakı aksiyaları millətçilər təşkil ediblər” - FİKİR

Elçin Mirzəbəyli: “Azərbaycan Türkiyədə sabitliyin qorunub saxlanılmasında maraqlıdır”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli CHP tərəfdarlarının Ankarada Türkiyədə keçirilən Bələdiyyə seçkilərinin nəticələrinə etiraz aksiyası keçirməsi məsələsinə münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, seçkilərin nəticələrinin tezliklə Türkiyə ictimaiyyəti tərəfindən qəbul ediləcəyi gözlənilən deyildi. BAXCP rəsmisi hesab edir ki, müxalifət İstanbul və Ankarada hakimiyyətə qarşı ciddi müqavimət göstərirdi. Müxaliflərin iqtidara qarşı dirənişinin özünü ən kəskin şəkildə Ankarada göstərdiyini deyən Elçin Mirzəbəylinin sözlərinə görə, faktiki olaraq burada iki MHP-çi biri-birinə qarşı mübarizə aparırdı: "Ankarada həmişə millətçi düşüncə güclü olduğu üçün bu, özünü seçkinin nəticələrində də büruzə verdi. Ankarada, xüsusilə məmur təbəqinin yaşadığı, ölkənin ictimai-siyasi proseslərinin mərkəzi olan bir şəhərdə hadisələrin məhz bu istiqamətdə cərəyan edəcəyi gözlənilən idi. Türkiyə müxalifət əllərində Ankarada seçkilərin nəticələrinin saxtalaşdırlması ilə bağlı mülahizələrinin və faktlarının olduğunu iddia edir. Məhkəmə orqanlarında 100 mindən çox seçici səsinin yenidən sayılması ilə bağlı iddia irəli sürürlər. CHP-nin həqiqətən seçkidə qalib gəlib gəlməməsini Türkiyənin müvafiq qanunverici orqanları və ictimaiyyət müəyyən etməlidir. Azərbaycanda oturub məsələ ilə əlaqədar hansısa, fikri irəli sürmək düzgün deyil. Bu ölkədə iğtişaşların başlaması nə Türkiyə, nə də ki, Azərbaycan xalqlarının maraqlarına uyğun deyil. Azərbaycan Türkiyədə sabitliyin qorunub saxlanılmasında maraqlıdır". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00