“NATO Azərbaycanda möhkəmlənməyə çalışa bilər” - AÇIQLAMA

Qabil Hüseynli: “Krımın Rusiyaya birləşdirilməsindən sonra Şimali Atlantik Alyansı Cənubi Qafqaza diqqətini artırıb”

Almaniyanın "Spiegel" jurnalına NATO-nun Tərəfdaşlıq Komitəsi tərəfindən ötən həftə qəbul edilən, Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın gücləndirilməsinə dair praktiki tədbirləri müəyyən edən "məxfi" qrifli sənəd daxil olub. Sənəddə bildirilir ki, NATO Rusiyaya qarşı Azərbaycan, Moldova və Ermənistanda möhkəmlənməyə hazırlaşır. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, NATO Azərbaycanda möhkəmlənməyə çalışa bilər, amma qurumun hələlik ölkədə strukturlaşmaq planı yoxdur. Q.Hüseynli hesab edir ki, Azərbaycan NATO üçün hərbi və siyasi tərəfdan əhəmiyyətli tərəfdaşdır. Əfqanıstan və digər məsələlərdə Azərbaycanın geostrateji mövqeyinin NATO-nu tamamilə qane etdiyini deyən politoloqun sözlərinə görə, jurnalın araşdırmalarda müəyyən həqiqət payının oldğunu demək olar: "Amma NATO-nun Azərbaycanda bütövlükdə möhkəmlənməyə çalışması iddiasına qiymət vermək çətin məsələdir. Krımın Rusiyaya birləşdirilməsindən sonra Şimali Atlantik Alyansı Cənubi Qafqaza diqqətini artırıb. Amma bu NATO-nun bütövlükdə Azərbaycanda möhkəmlənməsi mənasını vermir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00