Əli Həsənov: “Biz soydaşlarımızı, gənclərimizi torpaqlarımızı azad etməyə çağırmalıyıq”

"Hesab edirəm ki, artıq ağlamaq yox, biz soydaşlarımızı, gənclərimizi torpaqlarımızı azad etməyə çağırmalıyıq".Bunu bu gün Kəlbəcərin işğalı ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.  Baş nazirinin müavini qeyd edib ki, əgər Ermənistan tərəfi sonsuzluq kimi qeyri-konstruktiv mövqe nümayiş etdirsə, Prezident İlham Əliyev bununla lazımi addımlarını atacaq: "Bütün dünya bilir ki, işğalçı ölkənin genində problem və qüsurlar mövcuddur. Bu gün ermənilər Kəlbəcərdə olan Alban abidələrini özünküləşdirirlər. Kəlbəcərin ekoloji təmiz havası, suyu torpağı və gözəl dağları mövcuddur. Tarix boyu kəlbəcərlilər dövlətçiliyimizə sadiq olublar. Onlar əyilməz və məğrurdurlar. Biz bunun canlı şahidiyik. Kəlbəcərdə hər bir şey mövcuddur". azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00