Rusiya təhlükəsi realdır

 Avropa mətbuatı Rusiya qoşunlarının Ukrayna sərhəddindən tədricən çəkilməsi faktını təsdiqləyib. Verilən məlumatlardan aydın olur ki, bu qərar Almaniya kansleri xanım Merkellə Putinin telefon danışığından sonra qəbul edilib.  "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, Almaniya ilə bağlı xəbərlər və qoşunların tədricən Ukrayna sərhəddindən çəkilməsi anonsu təsadüf deyil: "Rəsmi Moskvanın təbliğatında istinad etməyə cəhd etdiyi alman praqmatizmi ortadadır. Rus təbliğat maşını cəmiyyətini inandırmağa çalışır ki, Avropa Birliyi dövlətləri Rusiya ilə iqtisadi əlaqələrini kəsə bilməz. Bu yöndə AB-nin sənaye nəhəngi olan AFR mövqe umulurdu. Lakin son həftələrdə Almaniyanın qətiyyətli mövqeyi ruslara siyasi paradiqmalarını yenidən dəyərləndirməyə sövq edəcək". VİP sədri onu da bildirib ki,.Rusiya son 20 ildə dünyada belə təklənməmişdi: "Ermənistan, Zimbabve, Nikaraqua, Kuba və s. ölkələrlə bir sırada olmaq rus siyasi rəhbərliyini rahatsız edir. Rusiya prosesin beynəlxalq izolyasiyaya gətirəcəyini görür və məğlubiyyətini duymaqdadır. Lakin təhlükənin tam sovuşmasından danışmaq çox tezdir. Rusiya təhlükəsi realdır. Rusiya yol ayrıcındadır: ya ekspansiyasını davam etdirərək, daxili gücünü sabit saxlamalıdır, ya da geri çəkilib Krımı özündə müvəqqəti saxlamaqla çöküş saatını gözləməlidir. Hələlik qərar yoxdur,aldadıcı manevrlər var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00